Kreml Zelenskinin Liviya limanında Rusiya hərbi gəmisinə hücumla bağlı açıqlamasını şərh etməkdən imtina edib

Kreml Zelenskinin Liviya limanında Rusiya hərbi gəmisinə hücumla bağlı açıqlamasını şərh etməkdən imtina edib

Tarix: 23 Nov 2026 14:42

Kreml Ukrayna prezidenti Volodomir Zelenskinin Liviya limanında Rusiya hərbi gəmisinə hücumla bağlı açıqlamasını şərh etməkdən imtina edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin limanında Rusiya hərbi gəmisinə hücumla bağlı açıqlamasını gördüklərini söyləyib.

O bildirib ki, Rusiya Müdafiə Nazirliyi lazım bilsə, hadisə ilə bağlı məlumat verəcək.

Qeyd edək ki, Zelenski Ukraynanın Benqazidə Rusiya gəmisinə yeddi dəniz dronu ilə hücum etdiyini, həmçinin yük gəmisinə zərbə endirdiyini açıqlayıb.

Fərid Əkbərov Kreml Rusiya Ukrayna Putin Peskov

Mənbə: apa.az

Xəbər Lenti