İtaliya Azərbaycanla Ermənistan arasında sülhə gətirib çıxaran dialoqu dəstəkləyir

İtaliya Azərbaycanla Ermənistan arasında sülhə gətirib çıxaran dialoqu dəstəkləyir

Tarix: 23 Nov 2026 14:41

Biz sülhün qurulması istiqamətində birgə çalışmaq istəyən iki ölkəyik.

APA xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, hamını narahat edən xarici siyasət məsələlərini də müzakirə ediblər: “Ukrayna-Rusiya müharibəsi, İrandakı vəziyyət və Yaxın Şərqdə baş verənlər diqqət mərkəzində oldu”.

Tayani qeyd edib ki, hər iki ölkənin iqtisadiyyata və ticarətə böyük marağı var: “Fransız iqtisadçı və filosofu Frederik Bastianın tez-tez istinad etdiyim bir fikri var: “Silahların keçdiyi yerdən mallar keçmir”. Biz isə malların sərbəst hərəkət etməsində maraqlıyıq. Buna görə də həm Yaxın Şərqdə, həm İranla ABŞ arasında, həm də Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq lazımdır.

Sülhdən danışarkən, Azərbaycanla Ermənistan arasında sülhə gətirib çıxaran dialoqu yüksək qiymətləndirdiyimizi və dəstəklədiyimizi xüsusi qeyd etmək istəyirəm”.

Firuzə Vahid Ceyhun Bayramov Antonio Tayani XİN

Mənbə: apa.az

Xəbər Lenti