Bazar ertəsi, 23 Noyabr, 2026
Tarix: 23 Nov 2026 14:43
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin 10 ayı ərzində əlilliyi olan şəxslərə 693 min reabilitasiya vasitəsi verilib.
ƏƏSMN-dən APA-ya verilən məlumata görə, onlardan 4821 təkərli oturacaq (o cümlədən 138 mühərrikli təkərli oturacaq), 1683 aşağı və yuxarı ətraf protezi, 2549 eşitmə aparatı, 3143 əsa və qoltuqaltı/dirsəkaltı ağac olub.
Bildirilib ki, eyni zamanda, əlilliyi olan şəxslərə 2455 cüt protez və 5264 cüt ortopedik ayaqqabı, 257 korset və s. reabilitasiya vasitələri təqdim olunub: "Bu ilin yanvar-oktyabr aylarında ümumilikdə 12 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib".
Günay Elşən ƏƏSMN əlillik Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi reabilitasiyaMənbə: apa.az