Cümə axşamı, 19 Ferval, 2026
Tarix: 19 Feb 2026 10:46
Ermənistanın dəmir yolu sistemi bir gecənin içində çökə bilər.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin dəmir yollarının idarə edilməsində Rusiyanı əvəzləmək istəyi yanlış düşünülmüş qərardır.
Şoyqu hesab edir ki, bu baş verəcəyi təqdirdə, onların qurduğu sistem bir gecənin içində çökə bilər: “Təxminən 20 il ərzində qurulmuş sistem sadəcə bir gecədə çökə bilər”.
O xatırladıb ki, Rusiya təxminən 20 il ərzində Ermənistan dəmir yollarına 30 milyard rubldan çox investisiya yatırıb: “Ermənistanın ehtiyacları üçün bütün vacib yüklər Cənubi Qafqaz Dəmir Yolları vasitəsilə daşınır. Şübhə edirəm ki, digər ölkələrdən hər hansı bir şirkət Rusiyanın Cənubi Qafqaz Dəmir Yollarını əvəz edə bilər”.
Fərid Əkbərov Ermənistanın dəmir yolu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu