Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 31.07.2024 00:12
İsrailin Livana endirdiyi zərbələr nəticəsində azı 68 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə iyulun 30-da ölkənin Səhiyyə Nazirliyinə istinadən NNA agentliyi məlumat yayıb.
Qeyd olunur ki, hadisə zamanı bir mülki vətəndaşın da öldüyü təsdiqlənib.
Dağıntıların təmizlənməsi işləri davam edir.
***
21:42
İsrail ordusu Livanın paytaxtı Beyrutun Dahiye bölgəsində bəzi nöqtələri raket atəşinə tutub.
APA xəbər verir ki, Beyrutun cənubunda baş vermiş şiddətli partlayışların “Hizbullah” təşkilatına aid binalarda baş verdiyi bildirilir.
Hava hücumları nəticəsində çoxlu dağıntı və tələfatın olduğu bildirilir.
İsrail ordusundan verilən yazılı açıqlamada isə Colan təpələrində yerləşən Məcdel Şəms bölgəsinin vurulmasından məsul olduğu iddia edilən bir “Hizbullah” komandirinin hədəf alındığı bildirilib.