- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 31.07.2024 11:22
Bu ilin I rübünün cari əməliyyat balansının profisiti ÜDM-in 10.1%-ni təşkil edib. İyul ayının proqnozlarına gəldikdə cari əməliyyat proqnozu aprel ayının proqnozu ilə müqayisədə dəyişilməz saxlanıllıb.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, aprel ayında cari əməliyyat balansının bu ilin sonuna 7 milyard ABŞ dolları olacağı proqnozunu vermişdik. 2025-ci ildə isə bu rəqəm 6 milyard ABŞ dolları ərtafında olacaq.