Çərşənbə, 25 Noyabr, 2026
Tarix: 25 Nov 2026 09:00
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin yanvar müqaviləsinin dəyəri 1,37% azalaraq 1 barelə görə 90,15 ABŞ dolları təşkil edib.
“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin yanvar ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,58% azalaraq 80,75 ABŞ dollarına bərabər olub.
Emil İsmayılov COMEX qızıl gümüş
Mənbə: apa.az