Gəncədə sərnişin avtobusu 76 yaşlı qadını vurub

Gəncədə sərnişin avtobusu 76 yaşlı qadını vurub

Tarix: 25 Nov 2026 11:22

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan 6 saylı xətt üzrə işləyən sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən 1950-ci il təvəllüdlü S.İmanovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Fuad Nazimoğlu Gəncə avtobus piyada

Mənbə: apa.az

Xəbər Lenti