Özbəkistan Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib

Özbəkistan Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib

Tarix: 25 Nov 2026 11:22

Bu gün Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti İkinci Azərbaycan- Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gəlib.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Qeyd edək ki, bu gün Bakıda keçiriləcək Forumda “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər” mövzusunda müzakirələr aparılacaq, həmçinin Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2027-2028-ci illər üçün praktiki tədbirlər planı (“Yol xəritəsi”) imzalanacaq.

Firuzə Vahid Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva

Mənbə: apa.az

Xəbər Lenti