Qaradağda palçıq vulkanı püskürüb

Qaradağda palçıq vulkanı püskürüb

Tarix: 25 Nov 2026 23:45

Bakının Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.

APA xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, vulkan püskürməsi noyabrın 25-də yerli vaxtla saat 14:06-da səkkiz vulkanətrafı rəqəmsal seysmik stansiya tərəfindən qeydə alınıb.

Bir fazadan ibarət olan püskürmə 15 dəqiqə davam edib.

Püskürmə zamanı ayrılan enerji 1,15×10⁷ coul təşkil edib.

Vulkan püskürməsi 2 kilometr dərinlikdə qeydə alınıb.

Bakı Qaradağ rayonu palçıq vulkanı vulkan püskürməsi AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi

Mənbə: apa.az

Xəbər Lenti