Cümə axşamı, 26 Noyabr, 2026
Tarix: 26 Nov 2026 16:30
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan İtaliyaya 6 812 047,6 min ABŞ dolları dəyərində 10 532 637,45 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (dəyərinə və həcminə görə - red.) ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 974 771,22 min dollar dəyərində 1 413 395,46 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda (dəyərinə görə) üçüncü yeri Hindistan tutur. Yanvar-oktyabr aylarında bu ölkəyə 666 532,13 min dollar 830 049,03 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 10-dan çox ölkəyə 12 161 967,27 min dollarlıq 18 392 916,04 ton neft ixrac edib.
"APA-Economics" Azərbaycanın bu ilin yanvar-oktyabr aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin dəyərinə görə) təqdim edir:
№
Ölkələr
Statistik dəyər (min ABŞ dolları)
Miqdar (ton)
-
Cəmi
12 161 967.27
18 392 916.04
1
İtaliya
6 812 047.6
10 532 637.45
2
Çexiya
974 771.22
1 413 395.46
3
Hindistan
666 532.13
830 049.03
4
Rumıniya
653 588.29
1 027 111.27
5
Almaniya
474 735.43
716 763.56
6
Bolqarıstan
330 737.77
440 758.93
7
Tunis
315 551.9
491 217.32
8
İndoneziya
287 909.72
428 786.13
9
Portuqaliya
221 958.01
395 031.62
10
İsveçrə
206 298.15
286 774.09
11
Digərləri
1 217 837.06
1 830 391.2
Emil İsmayılov Dövlət Gömrük Komitəsi neftin ixracı İtaliya Çexiya HindistanMənbə: apa.az