Azərbaycan dili dərsliklərində xarici mətnlərin uyğunlaşdırılmasının plagiat olması ilə bağlı fikirlərə münasibət bildirilib

Azərbaycan dili dərsliklərində xarici mətnlərin uyğunlaşdırılmasının plagiat olması ilə bağlı fikirlərə münasibət bildirilib

Tarix: 26 Nov 2026 16:27

Azərbaycan dili dərsliklərində xarici mətnlərin uyğunlaşdırılması plagiat hesab edilə bilməz.

APA xəbər verir ki, bunu Riyaziyyat dərsliklərinin layihə rəhbəri və həmmüəllifi Zaur İsayev deyib.

O bildirib ki, dərsliklərə daxil edilən mətnlər müəyyən pedaqoji və metodik tələblərə cavab verməlidir: "Bu baxımdan bədii əsərlərin seçilməsi ilə yanaşı, onların şagirdlərin yaş səviyyəsinə və tədris məqsədlərinə uyğunlaşdırılması da vacibdir".

Zaur İsayev qeyd edib ki, müzakirə olunan bəzi mətnlərin əsasında müxtəlif ölkələrdə yayılan hadisə və süjetlər dayanır: "Yazıçılar həmin süjetləri bədii şəkildə işləyərək obrazlar, xarakterlər və əlavə detallar vasitəsilə əsərə çevirirlər. Belə mətnlərin dərsliklərdə istifadəsini birbaşa plagiat kimi qiymətləndirmək düzgün deyil. Mətnlər tədris məqsədlərinə uyğunlaşdırılaraq şagirdlər üçün daha anlaşıqlı və maraqlı formaya salınır".

Qeyd edək ki, bir müddətdir Azərbaycan dili dərsliklərində xarici mətnlərin plagiat olması ilə bağlı müzakirələr aparılır.

Gülcahan İmanqızı Azərbaycan dili dərslik mətn Zaur İsayev

Mənbə: apa.az

Xəbər Lenti