Rabitəbankdan möhtəşəm “Green Friday” fürsəti: 5 gün alış-veriş, 18 ay komissiyasız taksit

Rabitəbankdan möhtəşəm “Green Friday” fürsəti: 5 gün alış-veriş, 18 ay komissiyasız taksit

Tarix: 26 Nov 2026 16:44

Rabitəbank “Green Friday” kampaniyası ilə alış-verişə yeni fürsətlər gətirir. İlin ən çox gözlənilən endirim mövsümündə Bank Kartmane Taksit kartı sahiblərinə alış-verişlərini daha sərfəli şərtlərlə həyata keçirmək üçün xüsusi imkan təqdim edir. Belə ki, yalnız 26–30 noyabr tarixlərində Kartmane Taksit kartı ilə həyata keçirilən bütün alış-verişləri 18 ayadək komissiyasız taksitə bölmək mümkün olacaq.

"APA-Economics" xəbər verir ki, kampaniyanın ən böyük üstünlüyü alış-veriş azadlığını sərfəli ödəniş şərtləri ilə birləşdirməsidir. Artıq arzulanan məhsulu əldə etmək üçün bütün məbləği birdəfəyə ödəməyə ehtiyac yoxdur. Kartmane Taksit ilə alış-verişin sevincini bu gün yaşamaq, ödənişləri isə 18 ayadək müddətə bölərək şəxsi büdcəni daha rahat idarə etmək mümkündür.

“Rahat bankçılıq” konsepsiyasını müştərilərinin gündəlik həyatında real üstünlüklərə çevirən Rabitəbank bu kampaniya ilə Kartmane Taksit kartı ilə edilən alış-verişləri daha əlçatan etməklə yanaşı, müştərilərə xərclərini uzunmüddətli planlaşdırmaq imkanı da qazandırır.

Cəmi 5 gün ərzində Kartmane Taksit ilə alış-veriş edin, ödənişlərinizi 18 ayadək komissiyasız taksitə bölərək “Green Friday”in üstünlüklərindən maksimum yararlanın. Kampaniya və Kartmane Taksit kartı haqqında ətraflı məlumat üçün linkə https://rbt.az/gftaksit keçid edə bilərsiniz.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

APA-Economics Rabitəbank

Mənbə: apa.az

Xəbər Lenti