- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 31.07.2024 16:13
Hal-hazırda Azərbaycanda kriptovalyutaların tənzimlənmə mexanizmi mövcud deyil. Mərkəzi Bank öz strategiyası çərçivəsində bu istiqamətdə araşdırmalar aparır.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
“Biz bilirik ki, hal-hazırda Azərbaycanda kriptovalyutalar alınır və satılır. Düşünürəm ki, bu sahədə tənzimlənmə olmalıdır və növbəti ildə biz bu istiqamətdə qərarımızı verəcəyik”, - deyə baş bankir qeyd edib.