Bu il Azərbaycanda sahibkarlara 103 milyon manat güzəştli kredit verilib

Tarix: 31.07.2024 17:10

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 2 744 layihəyə 102,7 milyon manat güzəştli kredit verilib.

Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan bildirilib.

Məlumata görə, dövr ərzində güzəştli kreditlərdən 225 qadın sahibkar yararlanıb və onların layihələrinə ümumilikdə 6,7 milyon manat güzəştli kredit verilib. Bununla yanaşı, 82 gənc sahibkar təqdim etdikləri layihələr üzrə ümumilikdə 3 milyon manat güzəştli kredit əldə edib.

Xəbər Lenti