Qazaxda evdə qaz partlayıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Qazaxda evdə qaz partlayıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Tarix: 26 Nov 2026 09:25

26.11.2026-cı il tarixində saat 07:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bədənin müxtəlif nahiyələrinin termiki yanığı diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, digər şəxsin vəziyyəti isə ağır qiymətləndirilir.

***

08.16

Qazax rayonunda evdə qaz partlaması nəticəsində iki nəfər yanıq xəsarətləri alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Kənd sakinləri, 1961-ci il təvəllüdlü M. Kəlayev və onun anası, 1939-cu il təvəllüdlü D. Kəlayeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Hər iki şəxsə tibbi yardım göstərilib. M. Kəlayevin vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, ana və oğlu yaşadıqları evdə qaz sobasının partlaması nəticəsində xəsarət alıblar.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu Qazax Yuxarı Salahlı qaz partlayışı yanıq xəsarəti qaz sobası xəstəxana partlayış

Mənbə: apa.az

Xəbər Lenti