Cümə axşamı, 26 Noyabr, 2026
Tarix: 26 Nov 2026 10:18
Yevlax rayonunda yük və sərnişin avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil “KamAZ”la toqquşub. Qəza nəticəsində “Mercedes Vito”nun sürücüsü, 1955-ci il təvəllüdlü Qazax rayon sakini Altay Qasımov hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, 1978-ci il təvəllüdlü Şəmkir rayon sakini İsmət Qasımov isə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy Yevlax yol qəza ölüm faktı
Mənbə: apa.az