“PAŞA Sığorta” mənzildə baş verən yanğının zərərini qarşılayıb

“PAŞA Sığorta” mənzildə baş verən yanğının zərərini qarşılayıb

Tarix: 26 Nov 2026 12:23

Bakıda yaşayış kompleksində yerləşən mənzildə baş vermiş yanğın nəticəsində dəymiş zərərə görə “PAŞA Sığorta” şirkəti 323.471 manat sığorta ödənişi edib.

Yanğın nəticəsində binanın fasad və dəhlizinə ciddi zərər dəymişdir. Əslində yanğın ən ciddi risklərdən biridir və bir çox insan evinin məhz yanmasından ehtiyat edir. Belə hadisələr təkcə əmlaka ciddi maddi ziyan vurmur, həm də ev sahibləri üçün gözlənilməz böyük xərclər yaradır.

Xüsusilə mənzil və digər daşınmaz əmlak sahibləri üçün sığorta təminatının olması gözlənilməz hadisələrin nəticələrini qarşılamaq baxımından çox mühümdür. Əmlak sığortası yanğın da daxil olmaqla, müqavilədə nəzərdə tutulan risklər üzrə yaranan zərərin maliyyə yükünü azaltmağa kömək edir.

APA-Economics PAŞA Sığorta yanğın zərər

Mənbə: apa.az

Xəbər Lenti