Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 31.07.2024 20:55
HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyənin İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası iyulun 31-də fövqəladə iclas keçirəcək.
APA xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.
Məlumatda qeyd olunur ki, Çin, Əlcəzair və Rusiyanın dəstəyi və İranın xahişi ilə Nyu-York vaxtı ilə saat 16:00-da HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İ. Həniyyənin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını təyin edilib.
Qeyd edək ki, iyul ayında BMT TŞ-na Rusiya Federasiyası rəhbərlik edir.