İranın hərbi müşaviri İsrailin Beyruta aviazərbəsi nəticəsində həlak olub

Tarix: 01.08.2024 00:42

İranın hərbi müşaviri Milad Beidi iyulun 30-da İsrailin Beyruta endirdiyi hava zərbəsi nəticəsində həlak olub.

APA xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.

Telekanalın məlumatında deyilir:

“İranın hərbi müşavirlərindən biri olan Milad Beidi İsrailin Beyruta endirdiyi hava hücumu nəticəsində öldürülüb. Mehr agentliyinin qeyd etdiyi kimi, Beidinin cəsədi bir neçə saat əvvəl tanınıb. Agentliyin məlumatına görə, o, “Hizbullah”ın hərbi lideri Fuad Şükrlə yanaşı yaşayıb.”

Xəbər Lenti