Azərbaycanda BOKT-un Müşahidə Şurasının sədri və üzvləri dəyişib

Tarix: 01.08.2024 10:46

“İdeal Kredit” bank olmayan kredit təşkilatının (BOKT) Müşahidə Şurasının sədri və üzvləri dəyişib.

“APA-Economics” xəbər verir ki, Quliyev Orxan kredit təşkilatının Muşahidə Şurasının sədri, Nağıyeva Nigar və Səfərli Rəşad isə Muşahidə Şurasının yeni üzvləri seçilib.

Qeyd edək ki, kredit təşkilatının bundan əvvəlki Muşahidə Şurasının sədri Məmmədov Orxan, üzvləri isə Mövsümov Camid, Əliyev Səttar idi.

Xəbər Lenti