Zelenski: Dünya bizim kimi düşünsəydi, Rusiyanı çoxdan dayandırardıq

Tarix: 01 Aug 2024 14:43

Sanksiyalar və Rusiya əleyhinə qərarlar yarımçıq olmasaydı, Vladimir Putini çoxdan dayandıra bilərdik.

APA-nın xəbərinə görə, bunu Fransanın “Le Monde nəşrinə müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib:

“Ukrayna mövcudluğu uğrunda mübarizə aparır. Bütün dünya bizim kimi düşünsəydi, Rusiya tərəfini çoxdan dayandıra bilərdik. Dünya fərdlərdən daha güclü və nəhəngdir. Burada həmçinin, iqtisadi gücü də nəzərə almaq lazımdır. Rusiyaya sanksiyaların tam gücü ilə tətbiq edilməməsi bizə mane olur”.

Xəbər Lenti