CNN: Blinken İrandan İsmayıl Haniyənin qətlinə görə İsrailə cavab verməməsini xahiş edib

Tarix: 01 Aug 2024 16:04

ABŞ dövlət katibi Antoni Blinken Qətər vasitəsilə İrandan HAMAS lideri İsmayıl Haniyənin qətlinə cavab verməməsini xahiş edib.

APA xəbər verir ki, bu barədə CNN ə öz mənbəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, o, xahişini Qətər vasitəsilə rəsmi Tehrana çatdırıb.

Blinken Qətər hökumətinin başçısı və XİN rəhbəri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə söhbət edib.

O, İran hökumətinə və Livandakı "Hizbullah" hərəkatının nümayəndələrinə mesaj çatdırıb.

Qətər şeyxi xahişi çatdıracağına söz verib.

Xəbər Lenti