Bu il Azərbaycanda 3 104 halda torpaq qanunvericiliyinin tələbləri pozulub

Tarix: 01.08.2024 17:16

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 3 104 hal aşkar edilib, 625 inzibati cərimə tərtib olunub.

Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Bu ilin ilk 6 ayı ərzində aparılan monitorinqlərin nəticəsinə görə ən çox torpaq qanunvericiliyinin tələblərinin pozulması halları 1 719 olmaqla Bakı şəhərinin payına düşüb.

Tikinti məqsədilə ayrılmayan torpaq sahələrində aparılan qanunsuz tikinti işlərinin qarşısının alınması üçün aidiyyəti dövlət qurumları ilə birgə işlər aparılıb, 7,7 ha torpaq sahəsinin zəbt olunmasının qarşısı alınaraq ilkin vəziyyətə qaytarılıb.

Xəbər Lenti