- , 22 Dekabr, 2024
Tarix: 01.08.2024 18:04
2024-cü ilin birinci yarısında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 48 təşkilatda nəzarət tədbirləri həyata keçirilib.
Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, iş planına əsasən isə, Xidmət tərəfindən 2024-cü ilin birinci yarısında 21 təşkilatda aparılmış yoxlamalarla 1106,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş və bu məbləğin təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.