“S&P Global Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Tarix: 02.08.2024 11:01

“S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyi Azərbaycanda iqtisadi artımla bağlı gözləntilərini açıqlayıb.

"APA-Economics" xəbər verir ki, agentliyin hesabatında Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım perspektivlərinin əksər region ölkələrindən zəif olduğu bildirilib.

S&P analitikləri qeyd ediblər ki, iqtisadi artıma təzyiq əsasən neft hasilatının uzunmüddətli tədricən azalması ilə əlaqədardır. "2024-2025-ci illərdə real ÜDM artımını hər il təxminən 1,5% səviyyəsində proqnozlaşdırırıq" - reytinq agentliyindən bildirilib.

Maraqlıdır ki, bundan əvvəl 2024-cü ilin iyun ayında S&P Azərbaycan real ÜDM-in artımı ilə bağlı proqnozunu 1,5%-dən 2,5%-ə qədər artırdığını açıqlamışdı.

Xəbər Lenti