Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 02.08.2024 15:20
İsrailin xarici işlər naziri İsrael Kats Türkiyənin bu ölkədəki səfirinin müavinini Xarici İşlər Nazirliyinə çağırıb.
APA-nın məlumatına görə, bu barədə İsrail mediası xəbər yayıb.
Bildirilib ki, səfir müavininə HAMAS lideri İsmayıl Haniyənin ölümü ilə bağlı Tel-Əvivdəki səfirlik binasının önündəki Türkiyə bayrağının endirilməsinə dair etiraz bildirilib.
Hələlik Türkiyənin Xarici İşlər Nazirliyi yayılan xəbərə münasibət bildirməyib.