Rusiyada binada partlayışda ölənlərin sayı 6-ya çatıb, onlardan 3-ü uşaqdır - YENİLƏNİB

Tarix: 02.08.2024 17:31

Rusiyanın Nijni Tagil şəhərində yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb

APA xəbər verir ki, bu barədə TASS-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, xilasedicilər dağıntılar altından daha bir uşağın cəsədini çıxarıblar.

***

10:08

Rusiyanın Nijni Tagil şəhərində beşmərtəbəli yaşayış binasında partlayış zamanı ölənlərin sayı 4 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyindən bildirilib ki, ölənlərdən ikisi uşaqdır.

İndiyədək aralarında 7 uşaq olmaqla, 15 nəfər dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, axtarış-xilaetmə işlərinə ümumilikdə 550 nəfər mütəxəssis cəlb olunub.

Xəbər Lenti