Yeni İlin nağıl kimi şəhərləri - Vyanadan Bruggeyə kimi...

Tarix: 13.12.2023 06:11

Yeni İl sevimli bayramlardan olsa da, dünyanın bütün şəhərlərində bayram ab-havası təsiri yaratmır. Lakin elə şəhərlər də var ki...

“Qafqazinfo” CNN-ə istinadən Yeni İldə mükəmməl qış möcüzəsi axtaranlar üçün ideal şəhərləri təqdim edir:

Vyana, Avstriya

Paytaxt Vayana ilin sonuna doğru bayram cazibəsi ilə dolur. Möhtəşəm Vyana meriyasının kənarında yerləşən nəhəng Yeni İl ağacı və simvolik bayram bazarları (Spittelberg) şəhərə və bayrama rəngarənglik qatır.

Küçələrdə sərgilənən əl işləri, cürbəcür təamlar, toxuma geyimlər, hədiyyəlik suvenirlər, bir sözlə, təklif olunan bayram stendlərindəki məhsullar insana bayramı da sevdirir, şəhəri də. 

Tromso, Norveç

Bu şəhər mədəniyyət mərkəzi kimi statusa malikdir. Müntəzəm konsertlər və tədbirlərin evi olan heyrətamiz Arktika dairəsi dekabr ayında daha da xüsusiləşir. Gecəyə doğru Arktika dairəsinin hündürlüyündə yerləşən şəhər mütləq görülməli bir yerə çevrilir. Şəhərin bu hissəsinə turistlər kanat yolu ilə tamaşa edirlər. Kanata minməzdən əvvəl isə soyuq şəhərdə isinmək üçün əsas meydan olan "Rakettkiosken"dən pivə və ya isti şokolad alınır.

Rudesheim, Almaniya

Şərabçılıq ölkəsinin mərkəzi şəhəri olan Rudesheim il boyu ən çox ziyarət edilən yerdir. Lakin bayram ərəfəsində gecələr yaxınlaşdıqca Frankfurtdan qısa bir qayıq və ya qatar səfəri ilə şəhər xüsusi bir atmosfer yaradır. Qayıq ilə gələnlər üçün dünyanın hər yerindən hədiyyələr və ənənəvi bayram yeməkləri satan köşklərə pulsuz nəqliyyatla getmək olur.

Şəhərin orta əsrlərə aid binaları və xiyabanları klassik bayram əhval-ruhiyyəsini saxlayır.

Brugge, Belçika

Bir vaxtlar həyati əhəmiyyət kəsb edən ticarət şəhəri olan Brugge UNESCO tərəfindən orta əsr şəhəri kimi qorunandan sonra daha da cazibləşdi. Şəhər bayram günlərində işıqlarla yanaşı, təbii ağac budaqları ilə bəzədilən binalarla möhtəşəm görüntü yaradır. Lakin bayram ruhuna girməyin ən gözəl yollarından biri də vafli ilə bişirdilmiş ləzzətli isti şokoladdan zövq almaqdır. Bu Belçika şokoladlarının bütün növlərini hər il keçirilən "Qış Parıltılı" festivalda dadmaq olar.

Rovaniemi, Finlandiya

Finlandiya hər cür səbəbə görə möhtəşəmdir. Yerli sami xalqının adət-ənənələri, Rovanieminin Santa Klaus kəndi, hündür qar üzərində gəzinti bu səbəblərdən bir neçəsidir. 

Xəbər Lenti