İran ordusu: HAMAS liderinin ölümünə görə qisas alınacaq

Tarix: 03.08.2024 19:11

İranın İnqilab Keşikçiləri Korpusu HAMAS lideri İsmayıl Haniyənin ölümünə görə qisas alınacağı barədə növbəti dəfə bəyanat verib.

APA-nın xəbərinə görə, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, HAMAS rəhbərinin olduğu otağa atılan mərminin döyüş başlığının çəkisi 7 kiloqram olub.

“İsrail lazım olan anda törətdiyi əməlin ağırlıq dərəcəsinə uyğun olaraq ən sərt şəkildə cəzalandırılacaq”.

Xəbər Lenti