Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 03.08.2024 19:58
İsrail ordusu ordusunun İordan çayının Qərb sahilindəki Tulkarm şəhərinə zərbələri zamanı HAMAS-ın komandirlərindən biri və 4 silahlı zərərsizləşdirilib.
APA-nın “Reuters”ə istinadən məlumatına görə, hadisə onların avtomobilinin raketlə vurulması nəticəsində baş verib.
İkinci raket zərbəsi zamanı isə daha 4 nəfər öldürülüb.
Qeyd edək ki, iyulun 31-də HAMAS lideri İsmail Haniyə Tehranda iqamətgahının raket zərbəsinə məruz qalması nəticəsində qətlə yetirilib.