Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 04.08.2024 16:14
Ukrayna artıq Qərb ölkələrindən 10 ədəd F-16 qırıcı təyyarəsi alıb, ilin sonunda Kiyevə verilən F-16-ların sayı 20-yə çatacaq.
APA-nın xəbərinə görə, bu barədə “The Economist” jurnalı məlumat yayıb.
Nəşr yazıb ki, Ukraynanın ümumilikdə Qərbdən 79 F-16 alması gözlənilir. Bu qırıcı təyyarələrin qalan qisminin 2025-ci il ərzində mərhələlərlə çatdırılması nəzərdə tutulub.