İspaniyada temperatur 1942-ci ildən bəri ən yüksək həddə çatıb

Tarix: 13.12.2023 19:58

İspaniyalı meteoroloqlar Malaqa şəhərində 29,9 dərəcə Selsi temperaturu qeydə alıblar ki, bu da dekabr ayı üçün rekord göstəricidir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın Dövlət Meteorologiya Agentliyi məlumat yayıb.

“Bu çərşənbə axşamı, dekabrın 12-də Malaqada havanın temperaturu Selsi üzrə 29,9 dərəcəyə çatıb. Söhbət dekabrda İspaniya materikində qeydə alınan ən yüksək temperaturdan gedir”.

Agentlik qeyd edib ki, bu rəqəm 1942-ci ildə müəyyən edilmiş əvvəlki dekabr temperaturu rekordundan 5 dərəcə Selsi yüksəkdir.

Xəbər Lenti