ABC Tramp-Harris debatı ilə bağlı məlumatı təsdiqləyib

Tarix: 09.08.2024 00:14

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və onun demokrat rəqibi Kamala Harris sentyabrın 10-da teledebatda üz-üzə gələcək.

APA xəbər verir ki, bu barədə ABC televiziyası məlumat yayıb.

"ABC News” sentyabrın 10-da prezidentliyə namizədlərin debatına ev sahibliyi edəcək. Vitse-prezident Harris və sabiq prezident Tramp ABC-də debata çıxacaqlarını təsdiqləyiblər", - deyə kanalın “X”-dəki səhifəsində deyilir.

Tramp bundan əvvəl növbəti seçki debatlarının “Fox News” kanalında keçirilməli olduğunu demiş və bunu ABC-nin qərəzli yanaşması ilə əlaqələndirmişdi.

Ümumilikdə Tramp sentyabrda Harrislə üç dəfə debata çıxmaq istəyir.

Xəbər Lenti