Braziliyada göyərtəsində 62 sərnişin olan təyyarə qəzaya uğrayıb - VİDEO

Tarix: 09.08.2024 21:38

Braziliyanın cənub-şərqində San-Paulu ştatının Vinhedo bölgəsində göyərtəsində 58 sərnişin və 4 ekipaj üzvü olan sərnişin təyyarəsi qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “G1” xəbər portalı məlumat yayıb.

Portalın yaydığı məlumata görə söhbət təxminən 68 sərnişin daşımaq üçün nəzərdə tutulmuş ATR 72 model təyyarədən gedir.

Təyyarənin daxili reyslə Kaskaveldən Quarulyosa uçduğu bildirilir.

Portal hadisə zamanı ölən və xəsarət alanlarla bağlı məlumat verməyib.

https://t.me/apa_az/86845

Xəbər Lenti