Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 10 Aug 2024 04:04
Çilinin cənubunda kiçik təyyarənin qəzaya uğraması nəticəsində pilot və 6 sərnişin həlak olub.
APA xəbər verir ki, bu barədə ölkənin mülki aviasiya idarəsi məlumat yayıb.
“Yerli vaxtla saat 15:00-da Villa Cerro Castillo kəndi yaxınlığında qəzaya uğrayan və göyərtəsində pilot və 6 sərnişin olan təyyarədən sağ olaraq xilas olan olmayıb.”, - deyə idarənin məlumatında bildirilir.
Məlmata görə hadisə zamanı bölgədə əlverişsiz hava şəraiti olub.