- , 22 Dekabr, 2024
Tarix: 14.12.2023 09:58
Dekabrın 13-də ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalı-Daşburun yolunun Beyləqan rayonunun Mil qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Muxtarlı Səbuhi Xaləddin oğlu idarə etdiyi “VAZ 21051” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yolun üzərində quraşdırılan keçid qapısının beton dirəyinə çırpılıb.
O, aldığı xəsarətlərdən Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib.
Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.