- , 22 Dekabr, 2024
Tarix: 15.12.2023 10:06
Britaniyalı aktrisa və fotomodel Emma Uotson “Vogue” üçün kamera qarşısına keçib.
“Qafqazinfo” xəbər verir ki, o, aktrisalıq karyerasına son qoyduğuna görə çox sevincli olduğunu bildirib.
Uotsonun sözlərinə görə, bundan sonra o özünü daha azad hiss etməyə başlayıb. Aktrisa etiraf edib ki, bəzən ona gəlirdi ki, oynadığı personajlar özündən daha realdır.
Qeyd edək ki, Uotson artıq 4 ildir filmə çəkilmir. O, diqqətini təhsilinə ayırıb. Bundan başqa, aktrisa qardaşı ilə birlikdə alkoqollu içkilər istehsal edən şirkət açıb.