- , 22 Dekabr, 2024
Tarix: 15.12.2023 13:07
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla FHN-in 3 polkovnikinə general rütbəsi verilib.
“Qafqazinfo” xəbər verir ki, general-mayor ali hərbi rütbəsi verilən Şahin Mirzəyev hazırda Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri vəzifəsini tutur. O, daha əvvəl FHN-in Şimal Regional Mərkəzinin rəisi və digər vəzifələrdə çalışıb.
Fotoda Şahin Mirzəyev
Daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilən Asif Məmmədli isə hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi vəzifəsində çalışır. O, bir müddət əvvəl FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini vəzifəsindən azad edilərək DYMX-nin rəisi təyin edilib.
Fotoda Asif Məmmədli
Daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilən digər polkovnik Aqşin Kazımova gəlincə, o, hazırda Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis vəzifəsində çalışır.
Fotoda Aqşin Kazımov
Qeyd edək ki, Prezidentin sərəncamı ilə general-mayor Etibar İsmayılovun də rütbəsi artırılıb. General-leytenant rütbəsi verilən E.İsmayılov hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir.