Avstriya Aİ-nin Rusiyaya qarşı 12-ci sanksiya paketinə veto qoymayacaq

Tarix: 17 Dec 2023 11:34

Avstriya Avropa İttifaqının Rusiyaya qarşı 12-ci sanksiya paketinə veto qoymayacaq.

APA-nın xəbərinə görə, “Reuters” bu barədə Ukrayna hökumətinin saytına və Avropa İttifaqı diplomatlarına istinadən məlumat yayıb.

Vyana Ukraynanın Avstriyanın “Raiffeisen Bank International” bankını qara siyahıdan çıxardıqdan sonra bu addımı atıb.

Rusiyada fəaliyyət göstərən və rus şirkətləri üçün ödəmə sistemini təmin edən “Raiffeisen Bank International” də artıq bu ölkədəki biznesinə son qoymağı planlaşdırır.

Xəbər Lenti