- , 22 Dekabr, 2024
Tarix: 17.12.2023 21:47
Lerikdə bədbəxt hadisə iki nəfərin ağır xəsarət alması ilə nəticələnib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Noda kəndində baş verib.
Belə ki, evdə maye qaz balonu partlayıb. Partlayış nəticəsində kənd sakinləri 1969-cu il təvəllüdlü Asif Məmmədov və həyat yoldaşı 1970-ci il təvəllüdlü İlhamə Məmmədova ağır bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İ. Məmmədovanın vəziyyətinin ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov