Daha 94 nəfər yataqxana və yarımçıq tikilidən öz evinə köçdü

Tarix: 18 Dec 2023 08:10

Bu gün respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 94 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 380 ailənin, yəni 1392 nəfərin daimi məskunlaşması təmin edilib.

 

Xəbər Lenti