Cümə axşamı, 14 May, 2026
Tarix: 18 Dec 2023 10:03
Bakıda beşotaqlı ev yanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.