Yalçın Rəfiyev: Temperaturu 1.5 dərəcənin altında saxlamaq üçün əsas məsələ buna əlavə vəsaitin yönəldilməsidir

Tarix: 30.09.2024 11:50

“Ölkələr maliyyə problemləri ilə bağlı öz öhdəliklərini bəyan edə bilmir”.

APA xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü çərçivəsində “İqlim İmperativi – Yerli Fəaliyyətdən Qlobal Fəaliyyətə” panelində çıxışı zamanı xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.

O bildirib ki, COP29 beynəlxalq ictimaiyyətdən ədalətli, iddialı həllər qoymağı hədəfləyir:

“İddiaların artırılması baxımından digər mühüm mərhələ şəffaflığın artırılmasıdır. Qlobal səviyyədə biz bu sahədə texniki bacarıqların artırılmasına töhfələr veririk. İnkişaf etməkdə olan ölkələrin də öz şəffaflıq hesabatlarını təqdim etmələrini istəyirik. Əsas məqsəd temperaturu 1.5-in altında saxlamaqdır. Amma məsələnin əsas tərəfi əlavə vəsaitin buna yönəldilməsidir. Maliyyə artırılmalıdır ki, inkişafda olan ölkələr də bu prosesdə iştirak edə bilsin. Biz hər gün iqlim dəyişikliyinin yeni fəsadlarını görürük. Texnologiya bunun üçün vacibdir. Xəzər dənizinin səviyyəsi azalır. Süni zəkadan istifadə edərək biz bu məsələnin həllinə necə nail ola biləcəyimizi tapmalıyıq. Karbon bazarları, karbon ticarəti digər mühüm məsələdir. Bu istiqamətdə müsbət irəliləyişlər var”.

Yalçın Rəfiyev qeyd edib ki, Azərbaycan yalnız enerji keçidinə deyil, həmçinin kənd yerlərində də dayanıqlılığın artırılmasına diqqət yetirir.

Xəbər Lenti