- Şənbə, 21 Dekabr, 2024
Tarix: 01.10.2024 11:52
“COP29 sədrliyi kimi gələcəyə olan baxışımız iddiaların gücləndirilməsidir”.
APA xəbər verir ki, bunu COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai “Ədalətli Keçid Tərəfdaşlığı və İnvestisiyaların stimullaşdırılmasının gündəliyi” mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, COP29-un əsas mövzusu maliyyə olacaq:
“Keçid ədalətli olmalıdır. COP29 sədrliyi kimi 14-ə yaxın təşəbbüs irəli sürmüşük. Bu təşəbbüslər bütün sahələri əhatə etmək üçün formalaşdırılıb. Yerli çempion kimi mənim fəaliyyətim qeyri-dövlət aktorlarını bura cəlb etməkdir. Biz özəl sektoru bura cəlb etməyi düşünürük”.