- , 22 Dekabr, 2024
Tarix: 10.10.2024 11:50
“Biz çətin durumdayıq. Ciddi parçalanma, pərakəndəlik var. Gələcək üçün addım atmalıyıq”.
APA xəbər verir ki, bunu Pre-COP29: Ambisiyaların Yüksəldilməsi və Fəaliyyətin Aktivləşdirilməsi çərçivəsində keçirilən panel müzakirəsində Braziliya xarici işlər nazirliyinin iqlim, enerji, ətraf mühit üzrə xüsusi nümayəndəsi Andre Correa do Lago deyib.
O bildirib ki, çoxtərəflilik təşviq edilməlidir: “Təəssüf ki, bir çoxları çoxtərəfliliyin nəticə verməyəcəyini düşünür. Amma biz çalışmalıyıq ki, çoxtərəflilik reallaşsın. Düşünürük ki, Bakıda yüksək nəticələr əldə etmək olar. Biz çalışmalıyıq nailiyyətlərə imza ataq. Böyük 20-likdə Braziliya təmsil olunur. Çoxtərəfliliyin legitimliyinə Braziliya inanır və bunu davamlı olaraq vurğulayır. Nyu-Yorkda Böyük 20-liyin XİN rəhbərlərinin iclası keçirilib, çoxtərəfliliyi təşviq etmişik. Braziliya və hamımızın gördüyü işlərin hər biri çoxtərəfliliyi inkişaf etdirməlidir”.