- , 22 Dekabr, 2024
Tarix: 10.10.2024 11:42
“Gələcək nəsillər iqlim dəyişikliyi ilə mübarizənin çətin olması bəhanəsini qəbul etməyəcək”.
APA xəbər verir ki, bunu Pre-COP29: Ambisiyaların Yüksəldilməsi və Fəaliyyətin Aktivləşdirilməsi çərçivəsində keçirilən panel müzakirəsində Aİ-nin İqlim Fəaliyyəti üzrə Komissarı Vopke Hoekstra deyib.
O bildirib ki, bizim seçimimiz yoxdur: “Burada yaxşı, ya pis seçimimiz yoxdur. Bizim artıq 2035-ci ilə qədər məqsədlərimiz var. 2050-ci ilə qədər xalis 0 məqsədinə nail olmalıyıq. Gördüyümüz işlərin elmi əsasları olmalıdır. Aİ olaraq biz başqa ölkələrdə də iqlim sahəsində elmi araşdırmaların aparılmasına dəstək oluruq. Elm hər şeyin əsasıdır. Bir sıra layihələr var. Burada mütəxəssislər və peşəkarlar iştirak edir. Biz prosesləri sürətləndirməliyik. İqlim dəyişikliyinin həm Yer kürəsinə təsirini, həm də ölkələrin nə etməli olduğunu bilməliyik. Biz iqlim dəyişikliyinin təsirini qiymətləndirməliyik. 3 ay ərzində sorğular keçirmişik. Sorğu nəticəsi göstərir ki, daha cəsarətli addımlara ehtiyac var. Biz 90% hədəfləri 2040-cı ilə qədər çatdırmaq istəyirik. Aİ ilə digər ölkələrin əməkdaşlığı ilə məqsədləri reallığa çevirməliyik”.