- , 22 Dekabr, 2024
Tarix: 11.10.2024 11:30
"İqlim dəyişikliyi ilə qlobal mübarizə məsələsinin həlli yolu bu tədbirdə iştirak edəcək ölkələr arasında konsensusun əldə edilməsindən keçir".
APA xəbər verir ki, bunu Bakıda "PreCOP" çərçivəsində keçirilən "İqlim və İnkişaf" mövzusunda Nazirlər Konfransında Beynəlxalq Ətraf Mühit və İnkişaf İnstitutunun İqlim Dəyişmələri və İnkiaf üzrə elmi məsləhətçisi Una May Qordon deyib.
Onun sözlərinə görə, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında (COP29) tərəflər effektiv nəticələr əldə etmək üçün səy gösrməlidir:
"Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu sessiyasının gündəliyinin mərkəzində planetimizin iqlim dəyişikliyinə qarşı müdafiəsi yollarının tapılması və bu istiqamətdə maliyyələşmənin təminatı dayanır. Bu məsələnin həlli yolu bu tədbirdə iştirak edəcək ölkələr arasında konsensusun əldə edilməsindən keçir. Birinci növbədə, bütün maraqlı ölkələr maliyyə və onun effektiv çərçivədə sərf olunması kimi məsələlərin həllinə istiqamətlənməlidir. Bu məqsədlə səmərəli müzakirələrin aparılmasına ehtiyac var. COP29 həmin müzakirələr üçün ən optimal və effektiv platforma olacaq. Çünki bir çox ölkə və beynəlxalq təşkilat təmsilçiləri burada bir araya gələrək, gərgin diskussiya həyata keçirmək imkanı əldə edəcəklər. Hesab edirəm ki, bu konfrans zamanı iştirakçı ölkələrin dövlət başçıları arasında əldə olunacaq iqlim maliyyəsi razılaşması, daha doğrusu iqlim dəyişikliyi problemi ilə mübarizə üçün dayanıqlı maliyyə resurslarının təminatı planetimizin gələcəyi üçün mühüm faydalara yol açacaq".