- , 22 Dekabr, 2024
Tarix: 27.10.2024 11:40
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə gecə saatlarında Şərur rayonu Danyeri kəndində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
APA-nın yerli bürosu nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerlərinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın hadisə nəticəsində evin 20 m² dam örtüyü yanıb, 76 m² dam örtüyü və otaqlar içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.