Azərbaycana ən çox gətirilən smartfon markaları açıqlanıb - TOP-10

Tarix: 28.10.2024 11:57

Bu ilin sentyabr ayında Azərbaycana ən çox idxal edilən mobil cihaz markaları açıqlanıb.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “AzInTelecom” MMC-dən məlumat verilib.

Bildirilib ki, ay ərzində fərdi istifadə üçün ölkəyə ən çox gətirilmiş və “AzInTelecom” MMC-nin Mobil Cihazların Qeydiyyat Sistemi tərəfindən qeydiyyata alınmış mobil cihazlar aşağıdakı markalara aid olub:

1. “Apple” 2. “Samsung” 3. “Xiaomi” 4. “Huawei” 5. “Oppo” 6. “Tecno Telecom” 7. “Infinix Technology” 8. “Shangai Hezhou Cominication” 9. “Quectel Wireless Soliton” 10. “SimCom”

Qeyd edək ki, cari ilin yanvar-avqust ayları ərzində ölkəyə 251 milyon 717 min dollar dəyərində 904 min 782 ədəd smartfon idxal edilib.

Xəbər Lenti